FİFA referimiz Avropa çempionatında

FIFA referimiz Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərimiz sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. 

Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları mübarizə aparacaq.