FİFA referimiz Avropa Liqasının oyununda

FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.

Sportline.az xəbər verir ki, o, Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcək.

Belə ki, Cabarov “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Yaşar Abbasov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Sözügedən görüş iyulun 11-də keçiriləcək.