FIFA referimiz Avropa Oyunlarında

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Belarusun paytaxtı Minskdə təşkil ediləcək II Avropa Oyunlarına təyinat alıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, iyunun 21-dən 30-dək keçiriləcək yarışda ədalət təmsilçisi olacaq.

Qeyd edək ki, Minsk-2019 II Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.