FİFA referimiz "Latsio"nun oyununa təyinat alıb

FİFA referimiz Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin ilk turuna təyinat alıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin "Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək. 

Ona  Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - "Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.