FİFA referimiz Nyona yollanır
FIFA referimiz Əliyar Ağayev UEFA-nın təşkil etdiyi kursa qatılacaq.
Sportline.az xəbər verir ki, o, elita və I kateqoriyaya daxil olan hakimlər üçün nəzərdə tutulan seminara dəvət alıb.
1- 3 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək kursda 75 hakim iştirak edəcək.
Qeyd edək ki, Ə.Ağayev bu ilin may ayında I kateqoriyaya daxil edilib.