FİFA referimiz Türkiyə millisinin oyununa təyinat alıb
FİFA referisi Ömər Paşayev UEFA-dan yeni təyinat alıb.
Sportline.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda, Türkiyə – Malta oyununu o idarə edəcək.
Paşayevə Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə - Malta matçı martın 27-də keçiriləcək.