FİFA referimiz yeni təyinat aldı

FIFA referimiz Rauf Cabarov yeni təyinat alıb.

Sportline.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasında “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyunununu idarədə edəcək. 

Cabbarova yan xətt hakimləri Akif Əmirəli və Namiq Hüseynov köməklik göstərəcək. 

Qeyd edək ki, oktyabrın 2-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.