FİFA referimizə növbəti təyinat

FİFA referimiz Rəhim Həsənov növbəti beynəlxalq təyinatını alıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, San Marinoya yollanacaq.

Referimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək San Marino – Litva oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyunun 5-də "Serravalle" stadionunda olacaq.