FİFA reytinqi: Millimiz gerilədi

FİFA milli komandaların yeni reytinq siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə bir pillə geriləyən Azərbaycan seçməsi 108-ci pillədə qərarlaşıb. Komandamızın aktivində 1206 xal var.

AVRO-2020-nin təsnifat mərhələsində millimizlə eyni qrupda yer alan komandaların reytinqi:

4 (4). Xorvatiya – 1634
19 (19). Uels - 1525
29 (27). Slovakiya - 1483
52 (51). Macarıstan - 1412

Cədvəlin ilk "10-luğ"unda dəyişiklik yaşanmayıb:

1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (6). Portuqaliya – 1614
7 (7). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589

Qeyd edək ki, iki pillə geriləyən Türkiyə millisi 1443 xalla 41-ci yerdə qərarlaşıb.