FİFA yeni reytinq siyahısını açıqladı: Azərbaycan millisi neçəncidir?

FİFA milli komandaların yeni reytinq siyahısını təqdim edib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan seçməsinin əvvəlki ayla müqayisədə mövqeyi dəyişməyib. Hesabında 1206 xal olan Azərbaycan 107-ci pillədə qərarlaşıb.

Siyahıya yen
ə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdür:

1. Belçika - 1727
2. Fransa - 1726
3. Braziliya - 1676
4. Xorvatiya - 1634
5. İngiltərə - 1631
6. Portuqaliya - 1614
7. Uruqvay - 1609
8. İsveçrə - 1599
9. İspaniya - 1591
10. Danimarka - 1589

Türkiyə millisi 1443 xalla 39, Rusiya isə 1424 xalla 48-ci yerdə qərarlaşıb.

Millətlər Liqasında Azərbaycanın mübarizə apardığı qrupda lider olan Kosovo komandası 6 pillə irəliləyib və 131-ci yerə sahib çıxıb.