Filip İvanoviç: "Sübut etdik ki, bu komandanın böyük bacarığı var"

“Səbail”lə görüşdə 3:1 hesablı qələbə qazanan "Sabah"ın üzvü Filip İvanoviç oyunla bağlı təəssüratlarını bölüşüb.

Sportline.az xəbər verir ki, serbiyalı futbolçu Premyer Liqada ilk qolunu vurub.

“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik ki, bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki, bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daima dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.