Filip Koku qovuldu
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb. SportLine.az xəbər verir ki, "Fənərbağça"nın çalışdırıcısı Filip Koku vəzifəsindən qovulub.
Hollandiyalı mütəxəssis 10-cu tur çərçivəsində "Ankaragücü"nə qarşı keçirilən matçdan sonra istefa verib.
"Fənərbağça" - "Ankaragücü" oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 1:3.
Qeyd edək ki, 10 turdan sonra "Fənərbağça" 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.