Fransa Dünya çempionudur!

Bu gün Rusiyada keçirilən Dünya çempionatına yekun vurulacaq. SportLine.az xəbər verir ki, həlledici görüşdə Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.

Yarımfinalda İngiltərə səddini aşmaqla iddiasını oratay qoyan Xorvatiya seçməsi final oyununa da qələbə üçün çıxacaq. Fransa futbolçuları isə tarixdə ikinci dəfə Mundial kubokuna sahib çıxmaq niyyətindədirlər.

Moskvada təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Görüşü Argentinada Nestor Pitana idarə edəcək.


15 iyul 2018
DÇ-2018
FİNAL

Fransa - Xorvatiya - 4:2
QOLLAR:
Mario Mandzukiç, 18/a.q. (1:0); İvan Perişiç, 28 (1:1); Antuan Qrizmann, 38/p. (2:1); Pol Poqba, 59 (3:1); Kilian Mbappe, 65 (4:1); Mario Mandzukiç, 69 (4:2)

CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | N'Qolo Kante,
27 (Fransa)
SARI VƏRƏQƏ | Lukas Ernandez, 41 (Fransa)
SARI VƏRƏQƏ | Şime Vrsalko, 90+2 (Xorvatiya)

ƏVƏZETMƏLƏR:
N'Qolo Kante ↔ Steven N'Zonzi,
55 (Fransa)
Ante Rebiç ↔ Andrey Kramariç, 71 (Xorvatiya)
Bleyz Matuidi ↔ Sorentin Tolisso, 73 (Fransa)
Olivye Jiru ↔ Nabil Fekir, 81 (Fransa)
İvan Striniç ↔ Marko Pyatsa, 82 (Xorvatiya)

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Byörn Kuypers (Hollandiya)
"Lujniki" Stadionu, Moskva