Kuboku "Keşlə" qazandı

Bu gün Azərbaycan kubokunda 2017/2018-ci il mövsümünün qalibi müəyyənləşəcək. SportLine.az xəbər verir ki, həlledici görüşdə "Qəbələ" və "Keşlə" komandaları üz-üzə gələcək.

Bunadək nə “Qəbələ”, nə də “Keşlə” Azərbaycan kubokuna sahib çıxıb. Əyalət təmsilçisi daha əvvəl iki dəfə finalda meydana çıxıb. Amma “Qırmızı-qaralar” həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub. 

“Keşlə” isə əvvəlki adı “İnter” kimi 4 dəfə final həyəcanı yaşayıb. Paytaxt klubu bütün hallarda meydanı məğlub tərk edib və kuboka həsrət qalıb. Komanda “Bakı”ya, “Qarabağ”a və 2 dəfə “Xəzər Lənkəran”a yenilib.

Final qarşılaşmasından sonra növbəti mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların siyahısı tam dəqiqləşəcək. “Keşlə” kuboku qazanmaqla yanaşı, həm də Avroliqaya yollanacaq. 

“Qəbələ” isə finaldakı nəticədən asılı olmayaraq Avroliqaya vəsiqəni təmin edib. Kuboku Roman Qriqorçukun komandası qazansa, çempionatda dördüncü yerin sahibi kimi Avroliqaya üçüncü vəsiqə “Zirə”yə qismət olacaq. 

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. Görüşü Rauf Cabbarovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


28 may 2018
Azərbaycan kuboku
FİNAL

“Keşlə” - “Qəbələ” - 1:0
QOL:
Pərdis Fərcad-Azad, 71 (1:0)
QIRMIZI VƏRƏQƏ: İlqar Qurbanov, 89 ("Qəbələ")

"Keşlə": 1. Kamran Ağayev, 2. Sərtan Taşkın, 3. Denis Silva Kruz, 4.Slavik Alxasov,  7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14.Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Edrima Sohna,
 
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı 9. Pərdis Fərcad-Azad 21. Herve Tçami 22. Məqsəd İsayev 39. Əlibəy Məmmədli. 66. Murad Qayalı 58. Sinan Akkoyun 80. Məhərrəmli Rafael. 88. Məmməd Quliyev 16. Şahin Zəkiyev.

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Jozef-Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone 

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov 35. Murat Popov 4. Elvin Camalov 6. Elvin Məmmədov 11. Asif Məmmədov 19.Filip Ozobiç 29. Hacıağa Hacılı 32. Amin Seydiyev 74. Yusif Nəbiyev  

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu