Finalda azarkeşləri bu qızlar coşduracaq

UEFA Çempionlar Liqasının finalında azarkeşləri coşduracaq qrup müəyyənləşib.

Sportline.az xəbər verir ki, qitənin futbol qurumunun açıqlamasına görə Ukraynanın məşhur "Asturia Girls" qrupu finalda fanatları əyləndirəcək.

Qrup həlledici görüşün fasiləsində musiqi nömrələri ilə çıxış edəcək. "Tottenhem" - "Liverpul" görüşü iyunun 1-də "Vanda Metropolitano"stadionunda olacaq.