Finalın ən yaxşısı müəyyənləşdi
DÇ-2018-in final oyununun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Fransa və Xorvatiya millilərinin duelində birincilərin hücumçusu Antuan Qrizmann "matçın ən yaxşısı" adına layiq görülüb.
Qeyd edək ki, Fransanın 4:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə A.Qrizmann bir qolla qələbəyə töhfə verib.