Finalın hakimi: "Bu, mənim üçün fantastik təyinatdır"

Avropa Liqasının final oyununun hakimi Canluka Rokki UEFA-nın rəsmi saytına açıqlama verib.

Sportline.az xəbər verir ki, 45 yaşlı italiyalı FİFA referisi Bakıdakı final barədə danışıb.

"Bu, mənim üçün fantastik təyinatdır. Çünki, bu, London derbisidir, xüsusi matçdır. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Futbol oynasam da, ən yaxşı ola bilməyəcəyimi başa düşürdüm. Buna görə də hakim olmağa qərar verdim. Düşünürəm ki, əla seçim etmişəm. Final fitinə qədər ən yaxşısını etməyə çalışacağam. Çünki karyeramın son finalıdır. Bakıda mümkün olan hər şeyi etmək istəyirəm".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda "Çelsi" - "Arsenal" finalı yerli vaxtla 23:00-da başlayacaq.