Fiqu Bakıdakı finalla bağlı çağırış edib

Portuqaliya futbolunun parlaq siması Luiş Fiqu Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı çağırış edib. 

Sportline.az xəbər verir ki, veteran futbolçu finalı izləmək üçün Bakıya gələcəyini deyib: 

“Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”. 

Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi" arasında keçiriləcək keçiriləcək.