"Forza Neftçi" derbi ilə bağlı mesaj verdi

Bu mövsüm “Neftçi”nin oyunlarını boykot edən “Forza Neftçi” 4-cü turda “Qarabağ”la oyunda da paytaxt komandasını dəstəkləməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə “Forza Neftçi” azarkeş qrupunun rəhbəri Sübhan Əliyev sosial şəbəkə hesabında məlumat yayıb:

“Qarabağ”la oyunda “Forza Neftçi” olaraq stadionda olmayacağıq. Boykota davam! Gedin, vuruşun, udun! Qələbədən başqa nəsə bizi qane etmir! Bu arada mətbuata biletlərin qiymətinin 51 AZN olacağı xəbərini buraxan “Qarabağ” FK, sən də “kişiliy elə”, axıra kimi bu qiyməti saxla. Daha biz gəlməyəcəyik deyə pulsuz etmə. Onda lap hörmətdən düşəcəksən. Buraxdığın xəbərin arxasında dayan”.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.