Frank Riberi "Fiorentina"da
İtaliyanın "Fİorentina" klubu "Bayern"dən ayrılan Frank Riberini transfer edib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi müqavilə imzalamaq üçün Florensiyaya gəlib. "Bənövşəyilər" ulduz futbolçu ilə 2 illik anlaşıb. Riberi bu müddətdə 8 milyon avro maaş alacaq. Daha 1 milyon avro məvacib bonus şəklində ödənilə bilər.
Fransa millisinin sabiq üzvü "Brest", "Mets", "Qalatasaray", "Marsel" və "Bayern" kimi klublarda çıxış edib. Riberi 2007-ci ildən çıxış etdiyi Münhen təmsilçisində 425 oyuna 124 qol vurub, 182 assist edib.