Fransa - Albaniya matçında biabrçılıq

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Fransa - Albaniya oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.

Sortline.az xəbər verir ki, matçdan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib. Bu azmış kimi, stadionun diktoru Mett Spiro bu yanlışlığa görə Ermənistandan üzr istədiklərini bildirib. Qonaq komandanın üzvləri doğma himnləri çalınana qədər oyuna başlamağı rədd ediblər. Daha sonra Albaniyanın himninin səslənməsindən sonra oyun təxminən 5 dəqiqəlik gecikmə ilə başlayıb.
 
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.