Fransa - Azərbaycan: başlama vaxtı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, millinin Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee” stadionunda qarşılaşacaq.

Görüş yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.