Mbappe şou və "Pari Sen-Jermen"dən 8-ci çempionluq

"Pari Sen-Jermen" Fransa çempionatında ardıcıl 6-cı, ümumilikdə isə, 8-ci çempionluğunu rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, "Monako"nu 3:1 hesabıyla məğlub edən PSJ sona 5 tur qalmış çempionluğu təmin edib. Maraqlıdır ki, meydan sahiblərinin hər 3 qolunu Fransa 1-ci Liqasının bombardiri Kylian Mbappe vurub. Bununla da, Mbappe cari mövsüm ölkə çempionatındakı qollarının sayını 30-a çatdırıb.

"Pari Sen-Jermen" 3:1 "Monako"
Qollar:
Kylian Mbappe, 15 (1:0), 38 (2:0), 56 (3:0), Aleksandr Qolovin, 80 (3:1).