Fransa klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır

Fransanın "Genqam" klubunun baş məşqçisi Patris Lair "Qarabağ"ın vingeri Abdullah Zubiri transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

Sportline.az "Le Télégramme" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Zubirlə maraqlandıqlarını bildirib:

"Klubdan getmək üçün hər kəsə qapını bağlamışıq. Yalnız Şeik Traore Qussuma Fofana ayrıla bilər. Yaxın günlərdə yaxşı xəbər olacağına ümid edirəm. Bir neçə yeni futbolçu gözləyirəm. Anbdullah Zubir və Əl Hacı Ba maraqlandığımız futbolçulardır. Ancaq dəqiq bir şey yoxdur".

Ötən gün "Genqam" klubunun prezidentinin Zubirin transferi üçün Bakıya gələcəyi və "Qarabağ" rəhbərliyi ilə görüşəcəyi xəbərləri yayılmışdı.

"Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib. 27 yaşlı futbolçunun müqaviləsi gələn yay başa çatacaq.