Fransa klubunda baş məşqçi istefası

"Tuluza" baş məşqçisi Alen Kazanova ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, 58 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edilib. Buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, "Tuluza" 9 turdan sonra Fransa çempionatında 9 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.