Fransa kubokunun qalibi müəyyənləşib

Fransa Liqa Kubokunun qalibi məlum olub.

Sportline.az xəbər verir ki, final matçında “Strasburq”la “Genqam” üz-üzə gəlib.

Əsas və əlavə vaxtda hesab açılmadığından, məsələyə penalti seriyasında aydınlıq gətirilib.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Strasburq” Liqa Kubokunun qalibi olub.

Fransa Liqa Kuboku
Final

30 mart

Strasburq - Genqam 0:0 (penaltilər 4:1)
Lill. “Pyer Morua” stadionu.