Fransa millisi nə qədər qazandı?

FİFA Dünya çempionatının mükafatlarını açıqlayıb. 

SportLine.az xəbər verir ki, Mundialın qalibi - Fransa seçməsi 38 milyon dollar qazanıb. Həlledici görüşdə büdrəyən Xorvatiya futbolçuları isə 28 milyon dollar əldə edib. Bürünc mükafata yiyələnən Belçika isə 24 milyon dollara layiq görülüb.

Bununla yanaşı,

İngiltərə - 22 milyon dollar;
1/4 finalın iştirakçıları (Braziliya, Uruvay, İsveç, Rusiya) - 16 milyon dollar
1/8 finalın iştirakçıları (İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya, Yaponiya) - 12 milyon dollar;
Qrup mərhələsinin iştirakçıları - 8 milyon dollar.

Qeyd edək ki, mükafat fondu, ümumilikdə, 400 milyon dollar təşkil edib.