Fransa prezidenti milli komandanı mükafatlandırdı
Fransa prezidenti Emmanuel Makron ölkənin 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya çempionatında qalib gələn milli komanda oyunçularını və məşqçi qərargahını "Fəxri legion" ordeni ilə mükafatlandırıb.
Sportline.az xəbər verir ki, mərasim iyunun 4-də Parisin "Yelisey çölləri" sarayında baş tutub.
Didye Deşamın rəhbərlik etdiyi Fransa seçməsi Moskvanın "Lujniki" stadionunda keçirilən final matçında Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.