Fransa yarımfinalda
DÇ-2018-də 1/4 final həyəcanı start götürür. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Meydana əvvəlcə Uruqvay və Fransa seçmələri çıxacaq. Portuqaliyanı mübarizədən kənarlaşdıran Cənubi Amerika təmsilçisi uğurun davamını növbəti Avropa komandası ilə dueldə gətirmək niyyətindədir. Fransa isə favorit statusunu doğrulamaq üçün mübarizə aparacaq.
Nijni Novqorodda təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
Qarşılaşmanı Argentinadan Nestor Pitana idarə edəcək.
06 iyul 2018
DÇ-2018
1/4 Final
Uruqvay - Fransa - 0:2
QOLLAR: Rafael Varan, 40 (0:1); Antuan Qrizmann, 61 (0:2)
CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Lukas Ernandez, 33 (Fransa)
SARI VƏRƏQƏ | Rodriqo Bentankur, 38 (Uruqvay)
SARI VƏRƏQƏ | Kristian Rodrigez, 69 (Uruqvay)
SARI VƏRƏQƏ | Kilian Mbappe, 69 (Fransa)
ƏVƏZETMƏLƏR:
Kristian Stuani ↔ Maksimiliano Qomez, 59 (Uruqvay)
Rodriqo Bentankur ↔ Kristian Rodrigez, 59 (Uruqvay)
Nahitan Nandez ↔ Conatan Urretaviskaya, 73 (Uruqvay)
Sorentin Tolisso ↔ Stefen N'zonzi, 80 (Fransa)
Kilian Mbappe ↔ Osman Dembele, 88 (Fransa)
Antuan Qrizmann ↔ Nabil Fekir, 90+3 (Fransa)
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu, Nijni Novqorod