Fransalı futbolçu Azərbaycan klubunda

"Sabah” klubunda yeni futbolçu sınaqdan keçirilir.

Sportline.az xəbər verir ki, haitili hücumçu Endi Faustin hazırda Bakı klubunun düşərgəsindədir.

O, ötən gün MOİK-lə yoxlama oyununda meydana çıxıb və 77-ci dəqiqədə qol vurub. Oyun "Sabah”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Haiti əsilli fubtolçu Fransa vətəndaşıdı. 22 yaşlı forvard karyerasına Fransanın "Valensiyen" klubunda başlayıb. O, son mövsümü Belçikanın "Sulte Varegem” klubunda keçirib.