Fransalı futbolçunun "Qarabağ"a keçidi alınmadı

"Qarabağ" dünən Avropada bağlanan transfer pəncərəsinin son gününə qədər "Almeriya"nın futbolçusu Matye Peberni heyətinə qatmaq istəyib.

Sportline.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi özü də Ağdam klubunda oynamağa razılıq verib. Lakin transfer pəncərəsinin son günü "Almeriya" futbolçusunu “Qarabağ”a satmaqdan imtina edib.

İspaniyanın “Eldesmarque” nəşri də “Qarabağ”ın Matye Peberni transfer etmək istədiyini yazıb. Amma “Almeriya” oyunçusunu Sequnda təmsilçisi "Luqo"ya icarəyə verib.

Qeyd edək ki, M.Pebern 2019/2020 mövsümün icarə əsasında Sequnda klubunda keçirəcək

qol.az