Fransanın final yolu
DÇ-2018-də mübarizə sona yaxınlaşır. Bu gün futbolsevərlər Mundialın həlledici oyuna şahidlik edəcək.
SportLine.az final ərəfəsində Fransanın Mundial yolunu diqqətinizə çatdırır:
"C" qrupunda mübarizə aparan Fransa seçməsi Danimarka, Avstraliya və Peru ilə eyni qrupda idi. İlk qarşılaşmada Avstraliya millisi ilə üz-üzə gələn Fransa futbolçuları rəqibin ciddi müqaviməti ilə üzləşdilər. Avtoqolla qələbə qazanan Didye Deşamın komandası azarkeşlərinə həyəcanlı anlar yaşatdı:
Fransa 2:1 Avstraliya
Növbəti görüşdə Peru ilə üz-üzə gələn fransızlar qələbə qazanmaqla "pley-off" vəsiqəsini təmin edəcəkdilər. Meydana favorit qismində çıxan avropalılar bu dəfə də qələbəni asan qazanmadılar. Yeganə qolu Kilian Mbappe vurdu.
Fransa 1:0 Peru
Qrupun son turu çərçivəsində Danimarkaya qarşı keçirilən görüş Fransa üçün daha asan keçdi. Heç-heçə hər iki komandanı qane edirdi və görüş qolsuz bərabərliklə yekunlaşdı.
Danimarka 0:0 Fransa
Beləliklə, Fransa seçməsi "C" qrupunda mübarizəni 7 xalla tamamladı. Bununla qrup lideri olan fransızlar 1/8 finalda Argentinaya rəqib oldular. Gözlənildiyi kimi, gərgin keçən matçda 7 qol vuruldu. Rəqib qapısına 4 dəfə yol tapan Avropa təmsilçisi 1/4 finala yüksəldi.
Fransa 4:3 Argentina
Növbəti mərhələdə isə rəqib başqa bir Cənubi Amerika təmsilçisi - Uruqvay idi. Bu görüşü də üstün keçirən Fransa futbolçuları azarkeşlərini növbəti dəfə sevindirdilər. Matçın taleyini Rafael Varan və Antuan Qrizmannın vurduğu qollar həll etdi.
Uruqvay 0:2 Fransa
Yarımfinalda Fransanın işi daha çətin oldu. 1/4 finalda Braziliyanı üstələyən Belçika finala vəsiqə uğrunda Fransa ilə görüşdü. Rəqibin ciddi müqvimətinə rəğmən, fransızlar lazım olan nəticəni qazana bildilər. Samuel Umtitinin qolu Didye Deşamın komadasını həlledici oyuna daşıdı.
Fransa 1:0 Belçika
Həlledici oyunda isə Fransanın rəqibi Xorvatiya seçməsi olacaq. Moskvanın "Lujniki" arenasında təşkil ediləcək matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da (15 iyul) səslənəcək.