Frenk Lempard hədəfini açıqladı

İngiltərə Premyer Liqasının 9-cu turunda "Nyukasl"ı 1:0 hesabı ilə məğlub edən "Çelsi"nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Sportline.az xəbər verir ki, 41 yaşlı mütəxəssis çempionatda ilk 4-lükdə qərarlaşmalı olduqlarını deyib:

"Premyer Liqada mövsümü ilk dörd pillədə başa vurmaq üçün sona qədər mübarizə aparacağıq. Mövsümə yaxşı başlamadıq, amma indi doğru yoldayıq".

Lempard "Borussiya"dan transfer edilən Kristian Pulişiçin oyunu barədə danışıb:

"Ondan məmnunam. Transfer qiymətinə görə haqqında çox danışıldı. 21 yaşında olduğunu unutmayaq. "Çelsi"də vacib işlər görəcək".

"Çelsi" Premyer Liqada 17 xalla 4-cü sırada qərarlaşıb.