Futbol Federasiyasına 75 min avro cərimə

UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirmək cəzası verilib.

Bu oyunlardan biri şərtidir. Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza da tədbiq olunacaq.

UEFA baş verənlərlə əlaqədar Bolqarıstan Futbol Federasiyasını 75 min avro cərimə də edib.