Futbol qaydalarında yeniliklər təklif olunub
Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (İFAB) qaydalarda bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, gələn il martın 2-də keçiriləcək iclasda yeniliklər barədə müzakirələr həyata keçiriləcək. Bu müzakirə əsasında yeniliklərin qəbul edilib-edilməməsi ilə bağlı qərar qəbul ediləcək.
Futbol oyun qaydaları ilə bağlı İFAB tərəfindən irəli sürülən yeniliklər:
1. Futbolçular vaxtı uzatmaması üçün əvəzlənmə zamanı meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər.
2. Penalti yerinə yetirildiyi vaxt qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər. Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır.
3. Oyunsonrası penalti seriyası indiki ardıcıllıqla yerinə yetirilməsinə üstünlük verilsin, alternativ ABBA sxemindən istifadə olunması ideyası rədd edilsin. Bu ideyada hər dəfə bir komanda ilk zərbəni yerinə yetirməli idi. Hazırkı qaydaya əsasən, 1-ci, 3-cü və 5-ci penaltini A komandası, 2-ci və 4-cü zərbəni B komandası vurmalıdır.
4.Əllə oyun, xüsusilə də istəmədən toxunuş olan epizodlarla bağlı qaydalar yenilənsin, hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.
5.Mübahisəli top qaydası dəyişdirilsin.
6.Qapıdan zərbə və sərbəst zərbəni öz cərimə meydançasından başlamağa icazə verilsin.
7.Futbolçular kimi, klub rəsmiləri də sarı və qırmızı vərəqə ilə cəzalandırılsın.