Futbolçu əvəzlənərkən komanda yoldaşını zədələdi

İsveçin 2-ci liqasında keçirilən "Deqerfors" - "Oster" matçında qəribə hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, matçın 83-cü dəqiqəsində əvəzlənmə zamanı maraqlı olay yaşanıb. Qonaqlardan Aksel Lindahl onun əvəzinə meydana daxil olan komanda yoldaşı Mattias Özgünə uğur arzulamaq istəyərkən əli ilə gözünü zədələyib. Zərərçəkən futbolçu hadisədən sonra gözünü tutaraq həkim müdaxiləsi üçün kənara çəkilib.