Dəhşətli zədə: Futbolçunun ayağı qırıldı

Boliviya çempionatında "Bluminq" - "Royal Pari" görüşündə dəhşətli hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, meydan sahiblərindən Leonardo Urapuka 78-ci dəqiqədə qonaqların futbolçusu Mateo Zoxu zədələyib.

Zədələnmə nəticəsində Zoxun ayağı qırılıb. Hadisədən sonra heç nə olmamış kimi davranan Urapuka qonaq komandanın futbolçularının qəzəbinə tuş gəlib.

Qeyd edək ki, oyun "Royal Pari" klubunun 3:2 hesablı qələbəsilə yekunlaşıb.