Dava düşdü, futbolçulara gözyaşardıcı qaz sıxıldı

Braziliyada futbol matçında xoşagəlməz hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, “Atletiko Qoyaniense” - “Vila Nova” görüşünün (1:0) final fitindən sonra futbolçular arasında dava düşüb. Xoşagəlməz hadisənin qarşısını almaq istəyən polislər gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə bir neçə futbolçu və azarkeş xəsarət alıb.