Futbolçularımız derbiləri kənardan izlədilər

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib. 

Sportline.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayev, Moskva "Dinamo"sunun "Lokomotiv" üzərində qələbəsini kənardan izləyib. Bu qarşılaşmada qonaqlar 2-1 hesabı ilə qalib gəliblər.

"Spartak"ın futbolçusu Ayaz Quliyev isə, komandasının "Zenit"lə görşüşündə heyətə düşməyib.

Sankt-Peterburqda keçirilən oyunda moskvalılar 0-1 hesabı ilə uduzublar.