"Futbolçularımız əzmkar mübarizə apardılar" - Vüqar Məmməd
“Bolqarıstan yığması çox yaxşı, mobil komandadır. Oyun çox ağır keçdi". SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd ötən gün Bolqarıstanla keçirilən yoldaşlıq görüşündən (0:0) sonra deyib.
Oyun haqda fikirlərini bölüşən mütəxəssis, "Dünən Bakıdan Sofiyaya, ordan isə Sliven şəhərinə ümumilikdə 14 saatlıq yorucu yol qət etsək də, futbolçularımız əzmkar mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Oyunda müəyyən çatışmayan nüanslar oldu və bunun üzərində çalışacağıq. Təəssüf ki, qol vura bilmədik. Amma futbolçular verilən tapşırıqları maksimum yerinə yetirmək üçün çox çalışdılar. Avropa çempionatının seçmə mərhələsinə qədər səylə çalışmalıyıq”, - deyə bildirib.