Futbolçularımız ukraynalılara qarşı
Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.
Sportline xəbər verir ki, komandamız “Yubileynıy” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Millimiz ilk oyunda İsrail seçməsinə 0:6 hesabı ilə məğlub olub.