Futbolçumuz erməni məşqçiyə görə klubdan gedir

Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.

Sportline.az sportinfo.az-a istinadən xəbər verir ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.

Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.

Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb