Futbolçumuz Gürcüstan klubunda

“Keşlə” klubu ilə yolları ayrılan Fuad Bayramovun yeni klubu məlum olub.

Sportline.az xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını Gürcüstanda davam etdirəcək.

25 yaşlı futbolçu qonşu ölkənin “Rustavi” klubu ilə 1 illik müqavilə imzalayıb.

“Rustavi” Gürcüstan çempionatının cari mövsümündə 25 oyuna 29 xal toplayıb və 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, karyerasının böyük hissəsini yetirməsi olduğu “Keşlə”də keçirən Bayramov, bir müddət “Neftçi” və “Şüvəlan”da da çıxış edib.