Futbolçumuz Latviyada bərabərlik qolunu vurdu

Latviya çempionatında 5-ci tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, 3 həmyerlimizin – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının şərəfini qoruduğu “Dauqavpils” “Ventspils”in qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycanlı futbolçular qarşılaşmaya ilk 11-likdə başlayıblar. Vüqar 90 dəqiqə meydanda olduğu halda, Tural 67-ci, Elvin isə 73-ci dəqiqədə əvəzlənib.

"Dauqavpils”in yeganə qolunu 22-ci dəqiqədə Vüqar Əsgərov vurub. Komanda 4 xalla 7-ci pillədədir.