Futbolçumuz Portuqaliya çempionatında debüt etdi

Milli komandamızın üzvü Renat Dadaşov Portuqaliya çempionatında debüt edib.

Sportline.az xəbər verir ki, hücumçu yeni klubu "Pakuş de Ferreyra”nın heyətində səfərdə "Boavişta”ya qarşı oynayıb.

Start heyətində yer alan gənc futbolçumuz 80-ci dəqiqədə əvəzlənib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, 3 turdan sonra "Pakuş de Ferreyra” 1 xalla 18-ci yerdədir.