Futbolçumuz Portuqaliya klubunun hədəfində

İngiltərənin "Vulherhempton" klubunun üzvü Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə "Jornaldocentro" nəşri məlumat yayıb. 

Xəbərə görə, "Tondela" klubu millinin 22 yaşlı hücumçusunu icarəyə götürmək istəyir.

Qeyd edək ki, Renat Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. "Tondela" ölkənin əsas çempionatında mübarizə aparır.