Futbolçumuz Rusiya klubu ilə anlaşdı

Qadınlardan ibarət milli komandamızın hücumçusu Sevinc Cəfərzadə Rusiyada klubunu dəyişib.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu Rusiya çempionatında heyətində bürünc medal qazandığı "Kubanoçka"dan "Yenisey"ə keçib.

Cəfərzadə Kransoyarsk təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Futbolçumuz Rusiyaya 2017-ci ildə yollanıb. Əvvəlcə "Donçanka"nın formasını geyinib, 5 oyun keçirib, 1 qol vurub.

2018-ci ilin əvvəlində isə "Kubanoçka"ya transfer olunub. O, Krasnodar təmsilçisinin heyətində meydana çıxdığı 12 görüşdə rəqib qapıçılarını 2 dəfə məyus edib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.