Futbolçumuz Ukrayna komandasına keçdi

U-21 millimizin üzvü Arziman Rizvanov karyerasını Ukraynada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Olimpik"lə müqavilə imzalayıb. Daha sonra klub futbolçumuzu birinci liqa təmsilçisi "Avanqard"a icarəyə verib.

Qeyd edək ki, A. Rizvanov bundan əvvəl Çexiyanın yüksək liqa klubu "Bohemians"da oynayıb. O, ikinci komandanın əsas oyunçusu olub.

Əlavə edək ki, "Avanqard" birinci liqada hazırda 7-ci pillədədir.