Futbolçumuzun komandası növbəti mərhələdə
Portuqaliya kubokunda 1/8 final mərhələsi davam edir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pakuş Ferreyra” evdə “Espinyo” ilə qarşılaşıb. 3:0 hesabı qələbə qazanan "Pakuş Ferreyra" növbəti mərhələyə yüksəlib.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 84-cü dəqiqədə meydana daxil olub.