Futbolçunun 70 min avroluq saatı oğurlandı

Yayda "Ayaks"dan Fransanın "Nitsa" klubuna keçən Kasper Dolberq başına xoşagəlməz hadisə gəlib.

Sportline.az "France Football"a istinadən xəbər verir ki, Danimarka millisinin üzvü komanda ilə məşqdən sonra paltardəyişmə otağına qayıdanda sürprizlə qarşılaşıb. Əşyalarının qarışdırıldığını görən 21 yaşlı hücumçu klub rəsmilərinə 70 min avro dəyəri olan saatının oğurlandığını deyib.

"Nitsa" danimarkalı futbolçunu 18 milyon avroya transfer etmişdi.